Amerika Milli Standartlar İnstitutu
Amerika Milli Standartlar İnstitutu (ing. American National Standards Institute, ANSI) Amerika Birləşmiş Ştatlarında standartların işlənib hazırlanması ilə məşğul olan işgüzar dairələrinin nümayəndələrindən ibarət qurum;
== Tarixi ==
ABŞ-ni Beynəlxalq Standartlaşdırma Təşkilatında (ing. International Organizator for Standartization, ISO) təmsil edir. 19 oktyabr 1918-ci il tarixində yaradılıb. Baş idarəsi Vaşinqton şəhərində yerləşir . Demək olar ki, bütün sənaye sahələrinə aid rəsmi ANSI standartları mövcuddur və onların əksəriyyəti kompüterlərlə bağlıdır. Mikrokompüterlər sahəsində ANSI üç istiqamətə cavabdehdir: proqramlaşdırma dilləri, SCSI interfeysi və ANSI.SYS drayveri. Proqramlaşdırmada ANSI daha çox aşağıdakılardan birinə aid olur:
FORTRAN, COBOL, C, yaxud başqa proqramlaşdırma dillərinin ANSI standart versiyaları. Adəti üzrə, dilin ayrıca istehsalçı versiyası ANSI standartında müəyyən olunmuş bütün özəlliklərə, eləcə də istehsalçının özünün əlavə planlaşdırdığı özəlliklərə malik olmalıdır. Bir kompüterdən başqasına asanca keçirilə bilməsi üçün proqram ANSI standartında olmayan hər hansı xüsusiyyətdən istifadə etməməlidir.